Modern.az

Sülhməramlı komandan Rusiya Müdafiə Nazirliyini İTTİHAM ETDİ

Sülhməramlı komandan Rusiya Müdafiə Nazirliyini İTTİHAM ETDİ

3 Dekabr 2022, 20:28

"Buradan elan edirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Azərbaycan tərəfinin yer adlarını necə var, elə də yazırıq".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

 

"Məsələn, yazırıq Xankəndi, Ağdərə... Toponimlərə hörmət edərək, Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında isə adlar başqa cür yazılır. Amma biz sülhməramlılar necə varsa, elə yazırıq. Siz yoxlaya da bilərsiniz", - deyə general toponimlərin səhv yazılmasına görə Rusiya Müdafiə Nazirliyini günahlandırıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi