Modern.az

Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verdi

Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verdi

Qarabağ

5 Dekabr 2022, 10:30

“Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərə aid qalıqları təhvil verib”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumata görə, Ermənistan tərəfi həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Sözügedən xəritələrdə həlak olmuş daha 4 şəxsin harada dəfn olunduğu barədə məlumatların yer aldığı bildirilib.

 

Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı hələlik məlumat yaymayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı