Modern.az

Ceyhun Bayramov Moskvada Laçın dəhlizindən DANIŞDI

Ceyhun Bayramov Moskvada Laçın dəhlizindən DANIŞDI

5 Dekabr 2022, 15:40

Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

 

“Ermənistan Laçın dəhlizindən sui-istifadə ilə bağlı üçtərəfli bəyanatın şərtlərini pozmaqda davam edir. 2022-ci ilin avqust ayından etibarən Ermənistanda 2021-ci ildə istehsal olunan 2700-dən çox mina aşkar edilərək zərərsizləşdirilib. Bir həftədən bir qədər əvvəl minaların təmizləndiyi növbəti belə ərazi Rusiya sülhməramlı kontingentinin komandirinə, Rusiya-Türkiyə monitorinq mərkəzinin rəhbərlərinə, eləcə də səfirliklərin Azərbaycanda təmsil olunan bir sıra hərbi attaşelərinə təqdim edilib. Üçtərəfli bəyanatın pozulmasının davam etdirilməsi və faktiki olaraq Azərbaycana qarşı hərbi əməliyyatların davam etdirilməsi, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması qadağandır”, - nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi