Ceyhun Bayramov Moskvadan Qarabağ ermənilərinə mesaj göndərdi

Ceyhun Bayramov Moskvadan Qarabağ ermənilərinə mesaj göndərdi

5 Dekabr 2022, 16:10

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları barədə Rusiyada danışıqlar olub. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

 

"Azərbaycan onların bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib. Onlar digər vətəndaşlarla eyni hüquqlara malik olacaqlar",- nazir deyib.

 

XİN başçısı həmçinin Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti barədə rusiyalı həmkarını məlumatlandırıb.

 

Sergey Lavrov isə məsələnin diqqətdə olduğunu söyləyib:

 

"Azərbaycanlı həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur. Məsələ ilə bağlı müzakirələ aparılır". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq