Modern.az

Qarabağ zəfəri bizə nələrə nail ola biləcəyimizi göstərdi - KALIN

Qarabağ zəfəri bizə nələrə nail ola biləcəyimizi göstərdi - KALIN

Qarabağ

7 Dekabr 2022, 15:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən danışıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kalın bu barədə Türkiyə-Qazaxıstan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb.

 

“Qarabağ zəfəri tək Azərbaycanda yox, bütün Türk dünyasında, Orta Asiyada qeyd edilir. Daha da önəmlisi isə budur ki, bu zəfər bizə birlikdə hərəkət etdiyimiz zaman nələrə nail ola biləcəyimizi göstərdi”, - Türkiyə rəsmisi deyib.

 

İ.Kalın Türk dünyası ölkələrinin münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!