Modern.az

Mirzoyan Bayramovla ilin sonuna kimi bir daha görüşəcək

Mirzoyan Bayramovla ilin sonuna kimi bir daha görüşəcək

Qarabağ

7 Dekabr 2022, 17:48

İlin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin daha bir görüşünün keçirilməsi barədə razılıq var.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində hökumət saatında respublikanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan bildirib.
 

O əlavə edib ki, görüşün vaxtı hələ müəyyənləşdirilməyib, lakin bu ilin sonuna qədər baş tuta bilər.


Ararat Mirzoyanın sözlərinə görə, sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir, İrəvan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək.

“Təəssüf ki, bir çox məsələlərdə İrəvan və Bakının yanaşmaları hələ də çox fərqlidir, lakin tərəflər mövqelərini birləşdirmək üçün danışıqlar aparırlar”, - Mirzoyan qeyd edib.


“Qarşılıqlı olaraq qəbuledilməz məsələlər var, elə məsələlər də var ki, tərəflər onların üzərində irəliyə doğru addım atmağa hazırdırlar.

Razılaşmanın yekun variantının ilin sonuna qədər əldə oluna biləcəyi ehtimalı azdır, ona görə də danışıqlar gələn il də davam etdiriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi