Modern.az

Ermənistan Azərbaycana sülhlə bağlı yeni sənəd göndərəcək

Ermənistan Azərbaycana sülhlə bağlı yeni sənəd göndərəcək

Qarabağ

8 Dekabr 2022, 15:20

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi barədə danışıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qriqoryan bu gün keçirdiyi brifinq zamanı sülh müqaviləsi ilə bağlı prosesə aydınlıq gətirib.

 

“Yaxın vaxtlarda sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və düzəlişləri ilə redaktə olunmuş mətni Azərbaycana təqdim olunacaq. İlin sonuna qədər müqavilənin imzalana bilməsi üçün çalışacağıq, amma bunun baş verib-verməyəcəyini demək çətindir”, - deyə TŞ katibi bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ermənistan tərəfinə sülh müqaviləsi ilə bağlı təklif etdiyi mətni göndərmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü