Modern.az

Arayik Rusiyaya yalvarır: "Sülhməramlılar ailələrini də Qarabağa köçürsünlər"

Arayik Rusiyaya yalvarır:

Qarabağ

9 Dekabr 2022, 11:35

Xankəndidəki erməni separatçılarının rəhbərliyi Rusiyalı sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparır.

Modern.az xəbər verir ki, bu haqda “Hraparak”ın məlumatında bildirilib.

Qeyd edilib ki, separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan bu istiqamətdə Rusiyanın ən yüksək dairələrilə danışıqlar aparır, hətta ona razılıq verildiyinə dair məlumatlar var.

Qəzet yazır ki, separatçılara bəllidir ki, Qarabağda ermənilərin mövcudluğu Rusiya sülhməramlılarına bağlıdır. Başqa sözlə, rus əsgəri getsə, onların ardınca ermənilər də Qarabağı tərk edəcəklər.

“Bu baxımdan sülhməramlıların uzun müddət “Artsaxda” məskunlaşması və buradan getməyi düşünməməsi lazımdır”, - deyə məlumatda qeyd edilir.

Ermənilər bildirirlər ki, sülhməramlıların Qarabağa yerləşdirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatla gerçəkləşib. Sənəddə sülhməramlıların qalmasının mümkünlüyü hər iki tərəfin, Ermənistan və Azərbaycanın istəyindən asılı olduğu bildirilsə də, üçtərəfli bəyanatın əksər bəndləri pozulub və əməl olunmayıb:

“Ona görə də demək olar ki, sənəd artıq etibarlı deyil, işləmir və sülhməramlıların qalması yalnız Rusiyanın, Qarabağ ermənilərinin və bir az da Ermənistanın iradəsindən asılıdır” – deyə “Hraparak” separatçıların gələcək istəyindən xəbər verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir