Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.
Modern.az xəbər verir ki, ötən gün səhər saatlarında başlayan aksiya hələ də davam edir.
Etirazçılar ekoloji terror, yataqların qanunsuz istismarının əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Ümumilikdə aksiya 22 saatdır davam edir.