Modern.az

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlı gənclərə xəbər var

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlı gənclərə xəbər var

8 May 2013, 12:19


ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verib. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Səfirlikdən Modern.az-a bildirilib ki, Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2013- may 2014 tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GİPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2014-cü ildə, ikinci və üçüncü semstrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2015-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM müəllim heyyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə.
Sənədərin qəbulu üçün son müddət 14 iyun 2013-cü ildir.

Proqramın rəsmi təqdimatı 23 may 2013-cü il tarixində saat 18:00-da ABŞ-Azərbaycan Təhsil Mərkəzində keçiriləcək.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər buraxan institutdur.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məkətbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məkətbin açıldığı vaxtdan bəri 130-a yaxın məzun ingilis dilli regional proqramı bititrərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar.
”Bizim məzunlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları 1stNyuz, Turan, APA informasiya agentlikləri, ANS TV, ANS Press, CBN, Hesabat jurnalı, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun rus və azərbaycan xidmətləridir”-deyə bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama