Dekabrın 13-də Rusiya sülhməramlılarının komandanlığı vəziyyəti sabitləşdirmək və Xankəndi- Gorus yolunun bağlanmasını açmaq məqsədilə Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqları davam etdirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Lakin Rusiya tərəfi danışıqların təfərrüatlarını dərc etmir.