Modern.az

Sülhməramlıların 24 avtomobili Laçın yolundan maneəsiz keçdi

Sülhməramlıların 24 avtomobili Laçın yolundan maneəsiz keçdi

Qarabağ

6 Yanvar 2023, 17:25

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

 

Modern.az xəbər verir ki, 2 minik maşını və 4 "KamAZ" markalı avtomobilin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi