Modern.az

Aksiyada havaya şarlar qaldırıldı - "Stop Ecocide"

Aksiyada havaya şarlar qaldırıldı -

Qarabağ

8 Yanvar 2023, 15:11

Laçın-Xankəndi yolunda təşkil edilən aksiya qarlı hava şəraitində dinc şəkildə davam edir.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəfə etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları səsləndirilir.

 

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar.

 

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi