Modern.az

Sülhməramlıların daha 10 maşını Laçın yolundan keçdi - YENİLƏNİB

Sülhməramlıların daha 10 maşını Laçın yolundan keçdi - YENİLƏNİB

Qarabağ

11 Yanvar 2023, 10:57

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən heç bir maneə olmadan sərbəst hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid 10 təminat avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb.

 

***

10:57

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin və ekofəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası davam edir.

 

Modern.az xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid bir minik və iki yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi