Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin və ekofəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 31-ci gündür davam edir.
Modern.az xəbər verir ki, bu saatlarda sülhməramlılara aid 3 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bununla da bu gün Laçın yolundan keçən avtomobillərin sayı 40-a çatıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.