Modern.az

Rusiya XİN: Ermənistan fürsəti əldən verdi

Rusiya XİN: Ermənistan fürsəti əldən verdi

Qarabağ

12 Yanvar 2023, 14:00

Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verib.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Təəssüf ki, Ermənistan tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, - deyə Zaxarova bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi