Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik, 1 mikroavtobus və 10 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Bir minik maşının da Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkət etməsinə şərait yaradılıb.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-ə çatıb.
***
16:15
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik maşını Laçından Xankəndi, digəri isə əks istiqamətdə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 33-ə çatıb.
***
15:26
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 3 minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 31-ə çatıb.
***
13:36
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 28-ə çatıb.
***
13:13
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Modern.az xəbər verir ki, aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha 3 yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Beləliklə, Laçın-Xankəndi yolundan bu gün 26 avtomobil keçib.
***
12:47
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 13 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 3 minik və 10 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 23-ə çatıb.
***
11:23
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Modern.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha 6 yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Bununla da gün ərzində ərazidən keçən avtomobillərin sayı 10-a çatıb.
***
09:55
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Modern.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha iki yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
***
09:35
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, bu gün aksiyanın 42-ci günüdür və tələblər yerinə yetirilənə qədər davam etdirilir.