Modern.az

Sülhməramlıların 9 təminat maşını Laçın yolundan keçdi

Sülhməramlıların 9 təminat maşını Laçın yolundan keçdi

24 Yanvar 2023, 11:48

Bu gün Rusiya sülhməramlılarına məxsus 9 təminat avtomobili Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, avtomobilləriin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Bu saata qədər 12 maşının keçidinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub