Modern.az

Ukraynalı jurnalist ermənilərin minaladığı ərazidən reportaj hazırladı - VİDEO

Ukraynalı jurnalist ermənilərin minaladığı ərazidən reportaj hazırladı - VİDEO

Qarabağ

25 Yanvar 2023, 09:53

Ukraynanın “Ukrayna Now” informasiya agentliyinin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləməsi prosesini izləyib. Jurnalist bildirib ki, bu günə qədər 300-ə yaxın şəxs mina qurbanı olub, onlardan 50-si hadisələr zamanı həyatını itirib.

 

“Minalarla çirklənmiş ərazilər öz həcminə görə Qətər kimi ölkənin ərazisi  ilə müqayisə edilir. Bu boyda ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”, - ukraynalı jurnalisti məlumatlandıran şəxs deyib.

 

Qeyd olunub ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiq çıxıb.

 

Daha ətraflı ukraynalı jurnalistlərin minalanmış ərazilərdən hazırladığı videoreportajda tanış ola bilərsiniz:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi