Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi qəbul ediləcək.
Modern.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının iş planında əksini tapıb.
Sözügedən komitəyə sessiya dövründə sənədin hazırlanması tapşırılıb.