Modern.az

Separatçılar Bakının tələbindən danışdılar: ya Vardanyanı qovurlar, ya da…

Separatçılar Bakının tələbindən danışdılar: ya Vardanyanı qovurlar, ya da…

Qarabağ

26 Yanvar 2023, 17:20

Azərbaycan tərəfinin Laçın yolundakı aksiyanın sonlandırılması üçün əsas şərtlərindən biri Ruben Vardanyanın Qarabağdan çıxıb getməsidir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Qarabağ separatçılarına istinadən yazıb.

“Bizə dedilər ki, Azərbaycandan çox sərt mesaj göndəriblər: Ruben Vardanyan Qarabağda olduğu müddətdə yol açılmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcəklər”, - deyə separatçılar qəzetə bildiriblər.


“Hraparak” qeyd edir ki, artıq Xankəndidə Ruben Vardanyanın “vəzifədə” olmasına qarşı dalğa yüksəlir və hətta sabah, o biri gün milyarderin “dövlət naziri postu”ndan uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları da təşkil oluna bilır.

“Amma Artsaxda Vardanyanın “vəzifə”dən çıxarılmasının əleyhinə olanlar var. “Artsax”ın keçmiş prezidenti Bako Saakyan və keçmiş “hakimiyyət”in bəzi nümayəndələri bunun qəti əleyhinədirlər. Rusiya tərəfinin münasibəti ilə maraqlandıq. Bizə dedilər ki, ruslar o qədər passivləşib, geri çəkiliblər ki, Ruben Vardanyanın “vəzifə” tutub-tutmamasının onlar üçün fərqi yoxdur. Əksinə, bir neçə dəfə “Axtsax prezidenti”nə mesajlar göndərilib ki, o, bu məsələdə azaddır, Yəni Arayik Arutyunyan bu gün də Vardanyanı “vəzifə”dən azad edə bilər”, - deyə nəşr yazır.

Qəzet qeyd edir ki, Qarabağın dağlıq hissəsində faktiki olaraq çıxılmaz vəziyyət yaranıb: Azərbaycanın tələblərinə boyun əymək və Ruben Vardanyanı Qarabağdan çıxarmaq həm yeni güzəştlərə qapı açmaq, həm də gələcəkdə erməni əhalisinin azalması deməkdir; təslim olmamaq və bağlı yollarda - blokadada yaşamağa davam etmək isə və təhlükələri ilə doludur.

“Son nəticədə vəziyyət belə davam edərsə, insanlar “Artsax”ı tərk etməyin yolunu tapacaqlar”, - deyə “Hraparak” yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı