Modern.az

Azay Quliyev AXC ilə bağlı təklif verdi

Azay Quliyev AXC ilə bağlı təklif verdi

23 May 2013, 14:50

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 28 may-Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı keçirilən tədbirdə millət vəkili Azay Quliyev maraq kəsb edən təkliflə çıxış edib.

Modern.az-ın məlumatına görə, Şura sədri bildirib ki, Cümhuriyyət dövründə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının araşdırılıb ortaya çıxarılması vacibdir.

A.Quliyev hesab edir ki, bunun üçün arxivlərdə geniş iş aparılmalıdır. “QHT Şurası maliyyə dəstəyi ayırmağa hazırdır. Şanlı tariximiz hesab edilən Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş QHT-lərin də araşdırılması vacib məqamlardandır”. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu