Modern.az

BQXK-nin 7 maşını Laçın yolundan keçib

BQXK-nin 7 maşını Laçın yolundan keçib

Qarabağ

27 Yanvar 2023, 11:10

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) 7 avtomobil Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 47 gündür davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı