Modern.az

Rusiya İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırdır - Zaxarova

Rusiya İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırdır - Zaxarova

27 Yanvar 2023, 16:54

Rusiya digər xarici oyunçulardan fərqli olaraq, Qarabağdakı vəziyyəti yerində həll etməyə çalışır.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
 

Laçın dəhlizindəki vəziyyətə toxunan Zaxarova vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların komandanlığı və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək bütün maraqlı tərəflərlə daim əlaqə saxlayır.
 

Rusiyanın İrəvanla Bakı arasında danışıqların təşkilinə hazır olduğunu bir daha vurğulayan Zaxarova deyib ki,  Moskva bu hazırlıq barədə əvvəllər tərəfləri məlumatlandırıb və açıq şəkildə danışıb.
 

"Hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması, vətəndaş cəmiyyəti xətləri üzrə təmaslar da daxil olmaqla normallaşma üçün hansısa yolla işi bərpa etmək lazımdır”, - Zaxarova əlavə edib.
 

Onun sözlərinə görə, gərginliyi azaltmağa çağıran bəyanatlarla məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, Rusiya “yerdə” həll yolları axtarır və humanitar yardım göstərir.
 

"Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Laçın dəhlizinin blokunu tamamilə açmağa çağırırıq. Və biz Bakı və İrəvana müraciət edərək mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq".
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir