Modern.az

Sülh müqaviləsi mütləq imzalanmalıdır - Prezident

Sülh müqaviləsi mütləq imzalanmalıdır - Prezident

Qarabağ

28 Yanvar 2023, 15:36

Sülh müqaviləsi mütləq imzalanmalıdır.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

 

Dövlət başçısı bildirib:

 

"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır