Modern.az

"Qızıl Xaç"ın 7 maşını aksiya yerindən keçdi - YENİLƏNİB

Qarabağ

29 Yanvar 2023, 15:39

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 6 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməni əsilli şəxslər də var idi.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin sayı 14-ə çatıb.

 

***

09:26

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

 

Modern.az xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 minik, 1 yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi