Modern.az

Qarabağın minalardan təmizlənməsi 30 il çəkə bilər - Nazir müavini

Qarabağın minalardan təmizlənməsi 30 il çəkə bilər - Nazir müavini

31 Yanvar 2023, 15:00

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

 

“2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - nazir müavini çıxışında bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır