Modern.az

Rus İcması Laçın yolunda aksiyaya qoşuldu - FOTOLAR

Rus İcması Laçın yolunda aksiyaya qoşuldu - FOTOLAR

Qarabağ

1 Fevral 2023, 13:26

Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib.

 

“Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”, - deyə A.Lavrina bildirib.

 

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 52 gündür davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!