Modern.az

BQXK erməniləri Xankəndidən Ermənistana apardı

BQXK erməniləri Xankəndidən Ermənistana apardı

2 Fevral 2023, 09:10

Ekoaksiyanın iştirakçıları fevralın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus və erməni əsilli şəxsləri daşıyan avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus altı minik və bir təminat avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

 

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?