Modern.az

Azad edilmiş bu ərazilərə sakinlər geri dönəcək - SİYAHI

Azad edilmiş bu ərazilərə sakinlər geri dönəcək - SİYAHI

3 Fevral 2023, 17:00

Bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Rövşən Rzayev komitədə keçirilən kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durur.

 

“Onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edilib. Ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir”, - deyə qurum rəsmisi bildirib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!