Modern.az

Beynəlxalq səyyahlar qrupu Ağdama yola düşdü

Beynəlxalq səyyahlar qrupu Ağdama yola düşdü

Qarabağ

6 Fevral 2023, 10:22

Beynəlxalq səyyahlar qrupu Ağdam rayonuna yola düşüb.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Ağdam Cümə məscidini ziyarət etmək, rayonun və şəhərin işğal illərində məruz qaldığı dağıntılar və burada aparılan tikinti-bərpa işləri ilə tanış olmaq nəzərdə tutulub.

 

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır