Modern.az

Daha 6 erməni Qarabağdan Ermənistana aparıldı

Daha 6 erməni Qarabağdan Ermənistana aparıldı

7 Fevral 2023, 11:25

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə daha 6 xəstə erməni Qarabağdan Ermənistanın müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə aparılıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 12-dən indiyə kimi BQXK-nın vasitəçiliyi və müşayiəti ilə 76 xəstə Qarabağdan Ermənistana aparılıb.


Ermənilər azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı əsas gətirərək, Qarabağda humanitar böhran yarandığı barədə yalan məlumatlar tirajlayırlar.

BQXK və Rusiya sülhməramlılarının maşın karvanının hər gün Laçın yolu ilə Qarabağa humaintar yardım daşıması erməni tərəfinin yalanlarını ifşa edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü