Modern.az

Sülhməramlıların daha bir maşını Laçın yolundan keçdi

Sülhməramlıların daha bir maşını Laçın yolundan keçdi

Qarabağ

10 Fevral 2023, 09:04

Bu gün Rusiya sülhməramlılarına məxsus daha bir mülki minik avtomobili Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 61 gündür davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi