Modern.az

Mətbuat Şurası evsiz jurnalistlərlə bağlı redaksiyalara məktub göndərdi

Mətbuat Şurası evsiz jurnalistlərlə bağlı redaksiyalara məktub göndərdi

30 May 2013, 14:34

Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün tikilmiş çoxmərtəbəli evin mənzillərinə namizədlərin müəyyənləşdirilməsi üçün redaksiyalara məktub göndərib. Modern.az-ın məlumatına görə, Mətbuat Şurasından redaksiyalara göndərilən məktublarda jurnalistlərdən kimin mənzil almağa daha layiqli olduğunu müəyyənləşdirmək üçün KİV rəhbərlərinə iclas çağrmaq tövsiyə olunub.

Mətbuat Şurasının şərtlərinə görə, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Evsiz jurnalistlərlə bağlı sənədlər redaksiyalar tərəfindən Mətbuat Şurasına təqdim olunmalı, Şura isə öz növbəsində həmin materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərməlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu