Modern.az

Şəhid xanımı zəlzələdən zərər çəkənlərə yardım GÖNDƏRDİ

Şəhid xanımı zəlzələdən zərər çəkənlərə yardım GÖNDƏRDİ

14 Fevral 2023, 12:26

Şəhid mayor Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədovanın təşəbbüsü və dəstəyi ilə Sumqayıtdakı şəhid ailələri Türkiyədə zəlzələdən zərər çəkənlərə 17 min dollarlıq humanitar yardım göndərib.

Modern.az xəbər verir ki, göndərilən yardımlarda  quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər.

Qeyd edək ki, şəhidimizin yoldaşı Zeynəb Səmədova heyvanları da yaddan çıxarmayıb. Onun təşəbbüsü ilə həmin bölgələrə heyvan yemləri də yollanılıb.

44 günlük müharibədə şəhid olan Teymur Əzizovun xanımı Zeynəb Səmədova deyib ki, onun həyat yoldaşı Teymur  hər zaman kimsəsizə, ehtiyacı olana əl tutardı.

“Əsgərlərə qardaş idi.  Bilirəm ki, indi onun ruhu narahatdır. Bu gün mənim təklifimlə köməyə gələn şəhid ailələri itkinin, ağrının və evsizliyin nə olduğunu gözəl anlayır. Çünki Zeynəb Səmədova  və digər şəhid ailələrinin üzvləri   Qarabağa və digər bölgələrimizə düşmən hücum edərkən evsizlik, aclıq və səfalət ağrısını yaşayıblar. Ona görə də biz Türkiyədəki qardaş və bacılarımızı, uşaqlarımızı və hətta insanlardan yardım uman Tanrının yaatdığı canlıları da unutmadıq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi