Modern.az

Makronun Qarabağ planı suya düşür - Rusiyadan sərt REAKSİYA

Makronun Qarabağ planı suya düşür - Rusiyadan sərt REAKSİYA

Qarabağ

20 Fevral 2023, 17:10

Fransa Prezidenti Emmanuel Makronun 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdə çıxışı Rusiyada ciddi müzakirələrə səbəb olub. Bir çox hallarda ikiüzlü mövqeyi ilə seçilən Makron Münhendə çıxışı zamanı rəsmi Moskva ilə bağlı sərt fikirlər səsləndirib və Fransanın müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. O, Qafqazın problemlərini Kremlin həll edəcəyinə heç kimin inanmadığını bildirib, eyni zamanda Ermənistanın yanında dayanmağa davam edəcəyini söyləyib. 

 

Ermənilərin sevimli dostu obrazında çıxış edən Makronun Münhendə Rusiyanı hədəfə alması nədən qaynaqlanır? O, Rusiyanı pisləyib, Ermənistana dəstək verməklə nə əldə etməki istəyir?

 

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Modern.az-a bildirib ki, Fransanın ölkəsinə qarşı qurduğu plan iflasa uğrayacaq. Onun sözlərinə görə, Makron Rusiyanı əsas hədəf seçərək Ermənistana yaxın siyasət yürütməyə başlayıb.

 

 

"Makron bununla həm də Azərbaycan əleyhinə siyasət yürüdür. Biz bunu hakimiyyətlə yanaşı, qanunverici orqanlarda da gördük. Fransa Senatında və Milli Assambleyada Azərbaycana qarşı qətnamələr müzakirə olunub. Bu, onu göstərir ki, hazırda Fransa hakimiyyəti və qanunverici orqanı Azərbaycana qarşı birləşib.  

 

Bununla yanaşı, Fransa Cənubi Qafqazda güclənmək üçün Ermənistandan vasitə kimi istifadə edir. Fransa Ermənistanı ona görə müttəfiq seçib ki, Rusiyanı qarşısına alsın. Amma Fransa və Ermənistanın qurduğu plan iflasa uğrayacaq. Eyni zamanda, Makronun, eləcə də Ermənistanın Qarabağla bağlı xəyalları da suya düşəcək”, - deyə Rusiya prezidentin sabiq müşaviri bildirib.

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix isə hesab edir ki, Makron siyasət meydanında getdikcə nüfuz itirməkdədir. 

 

“Makron son çırpınışlarını edir. Əvvəlcə Makron Qərblə Rusiya arasında dialoqda sülh göyərçini olmağa çalışırdı. Amma bunu bacara bilmədi. Fransa Avropada birincilik hüququnu malik deyil, ona görə də belə siyasi dialoqu ortalığa atmağa çalışırdı ki, yenidən gündəmdə olsun. Avropanın birincilik statusu Fransadan alınıb, Polşaya verilib. Bununla da nüfuzunu itirən Makron seçicilərinə yalan danışır, onları yenidən sülhə çağırdığını deyir”, - rusiyalı politoloq vurğulayıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?