Modern.az

BQXK-nin maşınları Xankəndiyə qayıtdı

BQXK-nin maşınları Xankəndiyə qayıtdı

25 Fevral 2023, 10:18

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil yenidən Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, BQXK-ya məxsus 6 minik maşınının Xankəndi istiqamətinə maneəsiz qayıdışı üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 76 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər