Modern.az

Qarabağla bağlı GİZLİ SƏNƏD - Ermənilər təşvişə düşdü

Qarabağla bağlı GİZLİ SƏNƏD - Ermənilər təşvişə düşdü

Qarabağ

25 Fevral 2023, 14:10

Münhen görüşündə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunduğu bildirilir.

 

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı Bakı ilə İrəvan arasında razılaşdırıldığı iddia edilən gizli sənəd yayıb. Erməni jurnalist Armen Aşotyan sosial şəbəkə hesabında sənədin mətninin əks olunduğu görüntüləri paylaşıb.

 

Mətndə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı qeyd olunub. Həmçinin sənəddə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və oradakı işlərin Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb.

 

Sosial şəbəkələrdə paylaşılan sənəd Ermənistanda ciddi müzakirələrə yol açıb. Erməni mətbuatı və müxalifət nümayəndələri sözügedən sənədi İrəvan hakimiyyətinin Azərbaycan qarşısında məğlubiyyəti kimi qiymətləndiriblər.

 

 

Rahib Ələsgərov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır