Modern.az

Qarabağdakı yataqlarla bağlı razılıq əldə olunub? - ŞOK İDDİA

Qarabağdakı yataqlarla bağlı razılıq əldə olunub? - ŞOK İDDİA

Qarabağ

25 Fevral 2023, 15:22

Fevralın 24-də Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının təşəbbüsü ilə Azərbaycan mütəxəssisləri ilə orada yaşayan erməni sakinlər arasında danışıqların aparıldığı bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

 

İddialara görə, danışıqlar zamanı Azərbaycan nümayəndələrinin sülhməramlıların müvəqqəti nəzarəti altında olan mədənlərdə monitorinq aparması ilə bağlı razılıq əldə olunub.

 

Hələlik bununla bağlı rəsmi informasiya verilməyib.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. Aksiya 76 gündür davam edir.

 

Rahib Ələsgərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu