Modern.az

Laçın yolundakı aksiya fəal şəkildə DAVAM EDİR

Laçın yolundakı aksiya fəal şəkildə DAVAM EDİR

Qarabağ

26 Fevral 2023, 16:53

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.

 

Modern.az xəbər verir ki, toplanış yerində etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq qalır.

 

Hazırda aksiyada canlanma müşahidə edilir. Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

 

Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şuarlar səsləndirirlər. Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!