Modern.az

Xarici jurnalistlər Laçın yolunda - FOTOLAR

Xarici jurnalistlər Laçın yolunda - FOTOLAR

Qarabağ

27 Fevral 2023, 16:48

Fevralın 27-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.

 

Modern.az xəbər verir ki, Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. Onlar Laçın-Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi