Modern.az

Günün havası - Külək, 20 dərəcə isti...

Günün havası - Külək, 20 dərəcə isti...

Qarabağ

2 Mart 2023, 07:40

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır