Modern.az

Sülhməramlıların maşın karvanı Laçın yolundan keçdi

Sülhməramlıların maşın karvanı Laçın yolundan keçdi

1 Mart 2023, 13:48

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 80 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus bir minik, 11 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

 

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi