Modern.az

Xocalı görüşü ilə bağlı yeni detallar məlum oldu

Xocalı görüşü ilə bağlı yeni detallar məlum oldu

3 Mart 2023, 14:13

Martın 1-də Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun iştirakı ilə Xocalıda Azərbaycan rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasında keçirilən görüşün təfərrüatları barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, yataqlarda Azərbaycanın ixtisaslaşmış qrupu tərəfindən vizual monitorinqin aparılması, həmçinin sabit əks-əlaqə mexanizminin formalaşdırılması barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib və martın 1-də o, Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!