Modern.az

Sülhməramlıların 48 maşını aksiya yerindən keçdi - YENİLƏNİB

Sülhməramlıların 48 maşını aksiya yerindən keçdi - YENİLƏNİB

Qarabağ

5 Mart 2023, 17:02

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 13 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 48-ə çatıb.  

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

***

12:34

 

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, Laçın istiqamətindən gələn sülhməramlılara məxsus 20 maşından ibarət karvan Xankəndinə maneəsiz keçid edib.

 

***

10:18

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 1 minik, 10 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 15-ə çatıb.

 

***

09:48

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 1 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

 

***

09:14

 

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus bir tibbi maşın, bir təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi