Modern.az

“Dəmir yumruq” separatçıların başı üstündə - Qarabağda nə baş verir?

“Dəmir yumruq” separatçıların başı üstündə - Qarabağda nə baş verir?

5 Mart 2023, 17:08

Qarabağda ermənilərin təxribat törətməsi gözlənilən idi.

 

Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. Ehtiyatda olan polkovnik Qarabağda baş verən hadisələrə görə Rusiya sülhməramlı kontingentini ittiham edib.


"Rusiya sülhməramlılarının üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini dəfələrlə demişdik. 2 il 5 aydan sonra qətiyyətli tələb qoyuruq ki, ermənilər oradan çıxarılmalıdır. Rusiya sülhməramlıları öhdəliklərini yerinə yetirməlidir. Bunu çoxdan tələb etmək lazım idi. Erməni ölür, cəhənnəmə ölsün. O işğalçıdır, məhv edilməlidir. Bəs nə üçün bizim ordumuzun zabiti, hüquq-mühafizə orqanlarımızın əməkdaşı həyatını itirməlidir? Ona görə də qətiyyətli addım atılmalıdır. Mütləq şəkildə Xankəndi-Laçın yolunda nəzarət buraxılış məntəqələri qurmalıyıq. Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi də orada nəzarət buraxılış məntəqələrinin yaradılmasının vacibliyini qeyd edir. Biz artıq şərt qoymamalı, nəzarət yaratmalıyıq. Buna əsas kimi yoldan qeyri-qanuni istifadə hallarının olduğunu göstərməliyik”, - ekspert deyib.

 

 

Onun sözlərinə görə, bu, hələ prosesin başlanğıcıdır: “Xocalıdakı görüş görüntü xarakteri daşıyırdı. Ermənilər bununla vaxt qazanmaq imkanı əldə edir. Onlara belə imkan vermək olmaz. Separatçılar hər keçən gün yeni hoqqabazlıqla, çirkin əməllərlə məşğul olurlar”.


Üzeyir Cəfərov növbəti antiterror əməliyyatının tezliklə baş tuta biləcəyini düşünür:

 

“Həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyinin açıqlamalarından antiterror əməliyyatının keçiriləcəyi sezilir. Rusiya sülhməramlılarına da fikir bildirilib. Ermənilərin qeyri-səmimi olması Xarici İşlər Nazirliyinin açıqlamalarında göstərilib. Ona görə də, qeyri-qanuni erməni silahlı birləşmələrinin oradan çıxarılması üçün Azərbaycan qətiyyətli addımlar atmalıdır. Bunu bizə heç kim qadağan edə bilməz”.

 

Qeyd edək ki, erməni separatçıları növbəti dəfə təxribata əl atıblar. Müdafiə Nazirliyindən bildirilib ki, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

 

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Bu xəbər ilə bağlı
Təxribat törədən separatçılar ruslara güvənir - Politoloq
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir