Modern.az

Sülhməramlıların maşını Xankəndidən Laçına keçdi

Sülhməramlıların maşını Xankəndidən Laçına keçdi

6 Mart 2023, 09:00

Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil Laçın yolundan maneəsiz keçid edib.

 

Modern.az xəbər verir ki, Xankəndi istiqamətindən gələn avtomobil Laçın istiqamətinə keçid edib.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 85 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir