Modern.az

Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda kəndlərin tikintisinə başlanılacaq 

Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda kəndlərin tikintisinə başlanılacaq 

Qarabağ

10 Mart 2023, 13:40

Bu il Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb.

 

V. Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturunun yaradılması aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI