Modern.az

Xankəndidən Ermənistana aparılan xəstələrin sayı AÇIQLANDI

Xankəndidən Ermənistana aparılan xəstələrin sayı AÇIQLANDI

Qarabağ

12 Mart 2023, 10:34

19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təxliyə olunan xəstələrin sayı açıqlanıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. 


“BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 32 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 171 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb. Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”,- deyə məlumatda qeyd olunub.

Bu xəbər ilə bağlı
“Qızıl Xaç” 200-ə yaxın ermənini Qarabağa gətirib - ÖZƏL
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi