Modern.az

Ötən il Qarabağın bərpasına xərclənən vəsait AÇIQLANDI

Ötən il Qarabağın bərpasına xərclənən vəsait AÇIQLANDI

Qarabağ

17 Mart 2023, 11:12

2022-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 4310,6 mln. manat vəsait ayrılıb.  

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Bu vəsaitin 2665,4 mln. manatı və ya 61,8%-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,4 mln. manatı və ya 25,1%-i dövlət büdcəsinin ehtiyat fondunun, 467,0 mln. manatı və ya 10,8%-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 mln. manatı və ya 2,3%-i dövlət büdcəsində nəzərdə tutulmuş digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür.  

 

Bütövlükdə ayrılmış vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 3346,8 mln. manat, dəmir yol xətlərinin layihələndirilməsi və tikintisi üçün 329,8 mln. manat, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcər şəhərlərində ("ağıllı şəhər" konsepsiyasının tələblərinə uyğun) dayanıqlı içməli su təchizatı sisteminin yaradılması, su anbarlarının, magistral suvarma kanallarının və digər su təsərrüfatı komplekslərinin tikintisi, yağış və tullantı sularının idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün 146,0 mln. manat, “Cəbrayıl Enerji Qovşağının” və yeni kiçik su elektrik stansiyalarının layihələndirilməsi və tikintisi üçün 128,8 mln. manat, işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan, digər partlayıcı qalıqlardan təmizlənməsi və işlərin sürətləndirilməsi, habelə keyfiyyətinin artırılması məqsədilə "GCS-200" tank əleyhinə minatəmizləmə komplekslərinə ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?